Satış, rezervasiya, müştəri bazası, anbar, üzvlük — biznesiniz hansı həllərə ehtiyac duyursa, onları quraşdırır. Salon da, fitness klubu da, restoran da eyni platformada öz sistemini qurur.
Solocean-da hər biznes ayrıca tenant-dır: öz ünvanı, öz təcrid olunmuş datası və özünün seçdiyi həllər dəsti ilə. Sistem sizə görə formalaşır — siz sistemə görə yox.
Qeydiyyatdan sonra biznesiniz öz ünvanını alır. Datanız yalnız sizindir — digər bizneslərdən tam təcrid olunub, istənilən an ixrac edilə bilir.
Marketplace-dən biznesinizə lazım olan həlləri seçirsiniz. Salon üçün rezervasiya, fitness üçün üzvlük, restoran üçün masa planı — hər tenant öz dəstini yığır.
Menyu, dashboard və hesabatlar quraşdırdığınız həllərdən avtomatik yığılır. Lazımsız heç nə görmürsünüz — hər ekran yalnız sizin iş axınınızı göstərir.
Hər həll müstəqil quraşdırılır və bir-biri ilə sinxron işləyir — kassada satış edəndə anbar qalığı da, işçi faizi də, müştəri tarixçəsi də anında yenilənir.
Xidmət / məhsul kataloqu, kateqoriyalar, müddət və qiymət. Kassanın və rezervasiyaların təməli.
İşçi-sütunlu təqvim, status kanbanı və qrup dərs cədvəli. SMS xatırlatmalar.
Abonement planları, üzv check-in, qalan ziyarət, dondurma / yeniləmə.
Məhsullar, FIFO partiyalar, alış sifarişləri, təchizatçılar, inventarizasiya.
Masa planı, masa-əsaslı sifariş, kurslar və hesabın bölünməsi.
QR / kart ilə qapı-turniket girişi. Üzvlüklərlə avtomatik icazə.
+ Paketlər, hədiyyə kartları və yeni həllər hər ay əlavə olunur. Bir həlli silsəniz, ondan asılı olanlar sizi əvvəlcədən xəbərdar edir.
Demo mühitindən canlı ekranlar — brendinizə uyğunlaşan interfeys, sürətli iş axını.

Bütün filialların günlük mənzərəsi — gəlir, bronlar, filial performansı bir ekranda.
Məlumatlarınızı daxil edin, həllərinizi seçin — tenant avtomatik hazırlanır.
Salondan restorana qədər 140-dan çox biznes Solocean ilə hər gün işləyir.
Əvvəllər notebook və exceldə qeyd aparırdım. İndi gün sonu hesabat tək kliklə çıxır.
Fitness klubuna üzvlük və giriş nəzarəti həllərini quraşdırdıq — turniket avtomatik işləyir, resepşndə növbə yoxdur.
Restorana keçəndə sistem dəyişməli olmadıq — masa planı həllini əlavə etdik, kassa eyni qaldı.
İlk addımı elə burada doldurun. “Öz biznesini qur”a kliklədikdə qeydiyyat həllər seçimindən — ikinci addımdan davam edəcək.